İranda “Zülfiqar 1401” təlimi başlayıb.
 
Hərbi tədbir ölkənin cənub-şərq bölgələrində, Makran sahillərində, Hörmüz boğazından şərqdəki Qvatar limanı və Oman dənizinə qədər olan ərazilərdə keçirilir.
 
Məlumata görə, zirehli transportyor ilə təmin edilən piyada qoşunları, gəmilər və sualtı qayıqların cəlb olunduğu təlimdə artıq əməliyyat mərhələsi başlayıb.
 
O da bildirilir ki, təlim ordunun illik təqviminə uyğun olaraq döyüş hazırlığının gücləndirilməsi istiqamətində tapşırığın icrası ilə əlaqədar keçirilir.
 
Mənbə: ISNA
 
Baxış sayı: 592
Paylaş: