Baş DYP İdarəsi​ bu gün səhər saatlarında Bakı-Qazax yolunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.
 
Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev açıqlamasında bildirib ki, bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.
 
İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaqdaşıyan avtomobildir. Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib.
 
Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər dünyasını dəyişib.
 
DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər. Hadisə barədə ətraflı məlumat veriləcək.
 
Baxış sayı: 709
Paylaş: