“Yeni həyat-iqtisadi inkişaf” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili” layihəsini həyata keçirir. Layihənin məqsədi. Şəxsiyyətin və cəmiyyətin narkomaniyanın istənilən formalarından müdafiəsini təşkil etmək, Narkomaniyanın aşkar edilməsi və qarşısının alınmasından, habelə nəticələrinin aradan qaldırılmasına dəstək olmaq, Narkomaniyadan zərərçəkmiş şəxslərin reinteqrasiyasını təmin etmək, Şəxslərin narkomaniyanın qurbanına çevrilməsi riskinin azaldılmasında hökumətin gördüyü işlərdə ictimai rolun arıtırlmasını təmin etmək, Narkomanların cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması istiqamətində davamlı iş aparmaqdan ibarətdir. Layihə çərçivəsində Narkomaniyadan əziyyət çəkən şəxslərin sağlam sosial həyata inteqrasiya olunması ilə bağlı informativ videoçarxın çəkilişi (3 dəqiqəlik) həyata keçirilib. İnnovativ videoçarxın çəkilişi zamanı Daxili İşlər Nazirliyinin əməkdaşları, Milli Məclisin deputatlarının fikirlərinə yer verilib. Eyni zamanda Narkomaniyadan əziyyət çəkənlərin sosial müdafiəsi mövzusunda maarifləndirici 3 ədəd videoçarx (3 dəqiqəlik) hazırlanıb. Hazırlanan videoçarxların sujet xəttində bu bəlaya yoluxan insanların qaranlıq taleyi işıqlandırılıb. Eyni zamanda bu bəladan qorunma yolları ilə bağlı mütəxəssislərin fikirlərinə yer verilib.
Layihə çərçivəsində həm elektron KİV həm də sosial şəbəkədə geniş PR işi həyata keçirilib. Həm layihə rəhbəri həm işçi kontingenti mütəmadi olaraq 50 mindən artıq üzvü olan facebook quruplarında paylaşımlar geniş izləyici kütləsinə çatdırılmaq üçün paylaşımlar edilib.

Baxış sayı: 673
Paylaş: