Futbol üzrə Azərbaycan çempionatlarının davam və ya tamam qərarını AFFA müstəqil olaraq verəcək.

Gunaydin.az-ın məlumatına görə, bu barədə UEFA-nın 55 üzv milli assosiasiya ilə keçirdiyi videokonfransda qərar qəbul olunub.

Yeganə şərt budur ki, bütün ölkələr verdikləri qərarı müəyyən olunmuş vaxtda qitə futbol qurumunun diqqətinə çatdırmalı və avrokuboklarda hansı komandaların oynayacaqlarını bəyan etməlidir.

Lakin UEFA milli çempionatların sonadək davam etdirilməsini istəyib. Bu, gələn mövsümün qısaldılması sayəsində də gerçəkləşə bilər. Bu məqsədlə qitə futbol qurumu cari mövsümü xilas etmək üçün bütün federasiyalara kömək etmək niyyətindədir. 

Baxış sayı: 1303
Paylaş: