Çində yeni futbol mövsümün başlaması ölkədə yayılan koronavirusla əlaqədar müvəqqəti təxirə salınıb.

Gunaydin.az-ın məlumatına görə, bu barədə qərarı Çin Futbol Federasiyası qəbul edib.

Ölkədə yeni futbol mövsümü fevralın 22-də başlamalı idi. Lakin federasiya adıçəkilən virusla mübarizədə azarkeşlərin, media nümayəndələrinin, oyunçuların, məşqçilərin, futbol klublarının və stadion işçilərinin sağlamlığını təmin etmək və virusun yayılmasının qarşısını almaq üçün yeni futbol mövsümünün başlamasını təxirə salmağı lazım bilib. 

Qeyd edək ki, Çində bu epidemiyaya yoluxan 7711 insandan 170-i dünyasını dəyişib. 

Baxış sayı: 736
Paylaş: