Futzal üzrə dünya çempionatının Xorvatiyanın Osiek şəhərində təşkil olunmuş elit-raundunda II tura yekun vurulub. 

Gunaydin.az-ın məlumatına görə, C qrupunda turun digər qarşılaşmasında Xorvatiya Slovakiya ilə üz-üzə gəlib. 

Görüş meydan sahiblərin qələbəsi ilə yekunlaşıb - 3:2. Xorvatiya yığması matçın sonlarında penaltini dəqiq yerinə yetirərək, aktivinə növbəti 3 xalı yazdırıb.

Beləliklə, 2 turdan sonra Xorvatiyanın 6, Azərbaycan və Rusiyanın hərəyə 3 xalı var. Slovakiya isə xalsızdır. Son turda Azərbaycan Slovakiyaya qalib gəlsə və Rusiya Xorvatiyanı yenə bilməsə, qrup ikincisi kimi pley-offa vəsiqə qazanacaq.

Baxış sayı: 718
Paylaş: