İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdə fəaliyyət göstərən “Qüds” qanadının komandanı generaal Qasım Süleymaninin hərəkət istiqaməti və iqamətgahı barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat ötürdüyü idddia edilən Mahmud Musavi Macid edam edilib.

Gunaydin.az xəbər verir ki, İsrail kəşfiyyatı "Mossad" üçün də işləməkdə ittiham olunan cəsusla bağlı çıxarılan hökm iyulun 20-də səhər saatlarında icra olunub.

Xatırladaq ki, Q.Süleymani və onunla birlikdə 12 nəfər yanvarın 3-də ABŞ-ın Bağdadda hazırladığı hərbi əməliyyat nəticəsində öldürülüb.

 
Baxış sayı: 2590
Paylaş: