İtaliya A Seriyasında 2020/2021 mövsümünün başlayacağı tarix dəqiqləşib.

Gunaydin.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümün sentyabrın 19-də start götürəcək.
Çempionata mayın 23-də yekun vurulması nəzərdə tutulub. Yeni təqvimə əsasən, Milad bayramında - 3 yanvarda da matçlar təşkil olunacaq.

Ttransfer pəncərəsi bu il İtaliyada sentyabrın 1-dən oktyabrın 5-ə kimi açıq olacaq.
 
Qeyd edək ki, A Seriyasında koronavirusa görə mart ayından dayanıdırılan 2019/2020 mövsümü 3 aydan sonra bərpa edilib və 83 xal toplayan "Yuventus" çempionatın qalibi olub.

Baxış sayı: 763
Paylaş: