Millimizin sabiq futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib.

Gunaydin.az xəbər verir ki, 28 yaşlı müdafiəçi "Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində müəyyənləşən rəqibi "Şkupi"yə keçib. Bunu Şimali Makedoniya klubunun rəsmi saytı açıqlayıb. Onunla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan E.Yunuszadə "Qarabağ", "Sabah" və "Səbail"də də çıxış edib.  

Xatırladaq ki, "Neftçi" - "Şkupi" matçı avqustun 27-də Bakıda keçiriləcək.

Əlavə edək ki, əgər E.Yunuszadə bu oyunda meydana çıxsa, o, Avropa kuboklarında klublarımıza qarşı oynayan ilk azərbaycanlı futbolçu olacaq. (Qol.az)

Baxış sayı: 727
Paylaş: