Çempionlar Liqasının 1/4 final mərhələsinə start verilib.

Gunaydin.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Lissabonun "Estadio da Luş" stadionunda "Atalanta" və PSJ üz-üzə gəlib.

Matçın 27-ci dəqiqəsində hesabı açan İtaliya klubu qələbəyə yaxın olsa da, Paris təmsilçisi görüşün sonlarında - 90 və 90+3-cü dəqiqədə vurduğu qollarla qalib gələrək yarımfinala çıxıb. Tomas Tuhelin komandası yarımfinalda bu gün keçirilən "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, PSJ tarixində ilk dəfə Çempionlar Liqasında yarımfinal oynayacaq.


 
12 avqust
 
“Atalanta” (İtaliya) - PSJ (Fransa) - 1:2
Qollar:
 Pasaliç, 27 (1:0), Markinyos, 90 (1:1), Çupo-Motinq, 90+3 (1:2)

 
13 avqust

23:00. "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)


14 avqust

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)


15 avqust

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)

(qol.az)

Baxış sayı: 655
Paylaş: