Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşib.

Gunaydin.az xəbər verir ki, son 1/4 final oyununda “Mançester Siti” “Lion”la üz-üzə gəlib.

İngiltərə təmsilçisi turnirin favoritlərindən hesab olunsa da, Fransa klubu rəqibindən üstün olub. 1/8 finalda "Yuventus"u sürpriz şəkildə mübarizədən kənarlaşdıran Rudi Qarsiyanın komandası "şəhərlilər"i 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. "Lion" final uğrunda oyunda “Bavariya” ilə qarşılaşacaq.

Qeyd edək ki, "Lion" və "Bavariya" ilə yanaşı, PSJ ilə “Leyptsiq” də yarımfinala vəsiqə qazanıb.



15 avqust

1/4 final

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) -1:3 
Qollar:
 Kornet, 24 (0:1), Kevin de Brüyne, 69 (1:1), Dembele, 78 (1:2), 87 (1:3)


12 avqust

"Atalanta” (İtaliya) - PSJ (Fransa) - 1:2


13 avqust

"Leyptsiq" (Almaniya) -
 "Atletiko" (Madrid, İspaniya) - 2:1


14 avqust

"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 2:8



Yarımfinal cütlükləri

18 avqust

 

"Leyptsiq" (Almaniya) - PSJ (Fransa)

19 avqust

"Lion" (Fransa) - "Bavariya" (Almaniya)

Final - 23 avqust

(qol.az)

Baxış sayı: 601
Paylaş: