Avropa Liqasında yarımfinal mərhələsi başlayıb.

Gunaydin.az xəbər verir ki, ilk oyun günündə Almaniyanın “Reyn Energi” stadionunda “Sevilya” “Mançester Yunayted”lə üz-üzə gəlib.  Matç İspaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bununla da, "Sevilya" ilk finalçı olub. Komanda həlledici görüşdə  “İnter” - “Şaxtyor”  cütünün qalibi ilə qarşılaşacaq. Final matçı avqustun 21-də keçiriləcək.
 


16 avqust

23:00. “Sevilya” (İspaniya) -“Mançester Yunayted” (İngiltərə) - 2:1
Qollar
: Fernandes, 9-pen (0:1), Suso, 26 (1:1), De Yonq, 78 (2:1)

17 avqust

23:00. “İnter” (İtaliya) -“Şaxtyor” (Ukrayna)

(qol.az)

Baxış sayı: 574
Paylaş: