Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu cəbhəyə yola düşüb.

Gunaydin.az Kulis.az -a istinadən xəbər verir ki, bu haqda Əməkdar artistin özü məlumat verib:

“Bu gün ortancıl oğlum Üzeyiri cəbhəyə yola salıram. O, ali təhsilli həkimdir. Cəbhəyə hərbi həkim kimi gedir. Çox qürur hissi keçirirəm. Üç oğlum var hər üçü də vətənpərvərdir. Üzeyirin Amerikada yaşamaq icazəsi var. “Qrin kart” udmuşdu. Amma buna baxmayaraq, o könüllü olaraq orduya yazıldı. Oğlumun 32 yaşı var. Mən də o yaşda olanda birinci Qarabağ müharibəsində iştirak etmişəm”.

Baxış sayı: 1240
Paylaş: