"Nə qədər yuxuda Qarabağı görərdik, nə qədər muğamımızın içində bənzətmələr edərdik... Rayonlara gedəndə gözəl yer görən kimi Qarabağa oxşadırdıq. Şəhidlər önündə diz çökür, məzarını öpürük. Tarix yazdılar, qazilərə təşəkkür edirəm".
Gunaydin.az xəbər verir ki, bu sözləri Əməkdar artist Babək Niftəliyev "Qarabağ sədası" proqramında deyib.Kəlbəcərdən olan müğənni sevinc hisslərini bölüşüb:
44 gün müharibə ərəfəsində orada oldum. Nələr gördüm... Amma şükür, bitdi... Bir vaxtlar insanlar körpə uşaqlarını sinəsinə basıb gəlib. Bizim körpəliyimiz olmadı. İndi həmin körpələr tank belində gedib Kəlbəcəri, digər yerləri aldılar.
Hava çox şaxtalı, soyuqdur. Adam bir dəqiqə dayana bilmir. Amma bizim qardaşlar necə vətəni qoruyurlar". (Axşam.az)