2011-ci ildə İbrahim Tatlısəsin ağır yaralandığı silahlı hücum zamanı təqsirləndirilən şəxslərin yenidən məkhəməsi keçirilib.

Gunaydin.az türk mətbuatına istinadən bildirir ki, hadisə zamanı təqsirləndirilən 12 məhkumdan 4-ü Tatlısesin köməkçisinə və sürücüsünə də hücum etdiyi üçün onlara təyin olunan cəzaya yenidən baxış keçirilib.

Məhkəmənin qərarına əsasən, Emin Birdal 15 ildən 22 ilə qədər, Abdullah Uçmak, Ersin Altun və Yunus Ayıka isə qəsdən adam öldürmə maddəsi ilə 26 ildən 40 ilə qədər həbs edilib.

Xatırladaq ki, İstanbul Ağır Cinayətlər Məhkəməsində baş tutan əvvəlki prosesdə 12 məhkumunun hər birinə 3 ildən 36 ilə qədər həbs cəzası kəsilmişdi.

Baxış sayı: 1771
Paylaş: