Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Gunaydin.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şahverdiyeva Samirə İlham qızına məxsus çamadan rentgen aparatından keçən zaman monitorda şübhəli təsvirlər müşahidə edilib.

Yoxlama zamanı çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən şirniyyat paketlərindən 13 650 ədəd preqabalin, üç bükümdə 552,9 qram narkotik vasitə-kokain, silindr formalı qutudakı yerfıstığının altından 283 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyinin içinə yerləşdirilmiş iki bükümdə 971,5 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

 

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin çatdırılmalı olduğu şəxsləri müəyyən etmək üçün keçirilən əməliyyat tədbiri nəticəsində cinayətkar qrupun üzvləri Şahverdiyeva Samirə İlham qızı, Səfərov Cəmil Cəlal oğlu və Salmanov Samir Kamil oğlunun qeyd edilən cinayət hadisəsini törətmələrinə əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və Yasamal rayon məhkəməsinin qərarına əsasən barələrində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, metamfetamin və MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, „preqabalin“ adlı dərman preparatı isə Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir. Qeyd edək ki, aşkar edilən „preqabalin“ adlı dərman preparatının təsiredici maddəsinin ümumi miqdarı 4095 qram, MDMA (metilendioksimetamfetamin) təsiredici maddəsinin ümumi miqdarı isə 51,54 qramdır.

 

Aeroportda külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkarlanıb (FOTO/VİDEO) - Gallery Image

Aeroportda külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkarlanıb (FOTO/VİDEO) - Gallery Image

Aeroportda külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkarlanıb (FOTO/VİDEO) - Gallery Image

 
Baxış sayı: 1645
Paylaş: