Fevralın 15-dən etibarən Türkiyədə orta məktəblərin mərhələli şəkildə açılması planlaşdırılır.

Gunaydin.az xəbər verir ki, bu barədə ölkənin milli təhsil naziri Ziya Selçuk bildirib.

"Baxdığımız yer Səhiyyə Nazirliyinin, Elmi Komitə və Prezidentimizin rəhbərliyi ilə veriləcək qərardan asılıdır. 15 fevralda məktəblərin açılması ilə bağlı qərar var. 15 fevraldan 10 gün əvvəl aydın bir tablo görərik. Türkiyədə hadisələr axını, epidemiyanın gedişatı və hazırlığımızın necə olacağına baxırıq", Ziya Selçuk açıqlayıb.

Məlumatda qeyd edilir ki, ilkin mərhələdə təhsil müəssisələrinin hər iki dərs günündən bir fasilə verməsi və ya bəlli siniflər səviyyəsində mərhələli şəkildə fəaliyyət göstərməsi şərti ilə açılması nəzərdə tutulur.

Hazırda bu planlar ətrafında danışıqlar aparılır.

Baxış sayı: 1447
Paylaş: