PKK terrorçularının İraqın Qara bölgəsində qətlə yetirdikləri Türkiyənin 13 vətəndaşından bəzilərinin şəxsiyyətləri məlum olub.

Bu barədə Günaydın.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Malatya valisi Aydın Baruş Qarada şəhid olan 13 nəfərdən 10-un şəxsiyyətlərinin müəyyənləşdirildiyini bildirib. O, qeyd edib ki, digər üç nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırma zamanı meyitləri aşkarlanan Türkiyə vətəndaşlarının PKK terrorçuları tərəfindən qəddarlıqla qətlə yetirildikləri məlum olub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri İraqın şimalındakı Qara bölgəsində PKK terrorçularının sığındığı mağarada 13 mülki şəxsin meyitini aşkarlayıb.

Baxış sayı: 1105
Paylaş: