"Qısa demək istəyirəm. Birinci hissə rəqib daha yaxşı oynadı. Təhlükəli qol şanslarımız çox olmadı. Müəyyən xırda qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Rəqib bizdən üstün idi və qələbə qazandı".

Babaxtv.az  xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Visente Qomez səfərdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XVIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, sonuncu pillədə olmaları komandaya pis təsir edir: "İstədiyimiz nəticələri qazana bilmirik. Mövsüm ərzində bəzi radikal dəyişikliklər etdik. Bunlar da bəzi matçlarda bizə kömək oldu. 1-2 qələbə lazımdır ki, hər şey düzəlsin. Amma məğlubiyyətə görə vəziyyət daha da çətinləşir".

İspaniyalı baş məşqçi istefa barədə klub rəhbərliyi ilə danışdığını vurğulayıb: "Mən işimi davam etdirirəm ki, vəziyyəti yaxşılaşdırım. Danışdığımız mövzular isə özəl olaraq qalır".

Qomez komandanın əsas qapıçısı Saşa Stamenkoviçin sıraya qayıdacağı vaxtı da açıqlayıb: "Komandada müəyyən oyunçular var ki, yoxluğu mənfi təsir edir. Stamenkoviç yaxın günlərdə kolektivlə məşq etməyə başlayacaq və gələcəkdəki matçlarda meydana çıxacaq".

Baxış sayı: 1537
Paylaş: