DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi Portuqaliya yığması ilə qarşılaşıb.

Günaydın.az xəbər verir ki, İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
36-cı dəqiqədə Kanselunun ötürməsindən sonra qolkiperin uzaqlaşdırmaq istədiyi top Maksim Medvedəvə dəyərək qapıya daxil olub.
Beləliklə, Canni De Byazinin başçılıq etdiyi heyət seçmə mərhələyə məğlubiyyətlə başlayıb.
 
Baxış sayı: 1564
Paylaş: