Hindistanın Mumbay şəhərində koronavirusa yoluxanlar üçün xəstəxanada baş verən yanğında ölənlərin sayı 6-ya yüksəlib. Günaydın.az-ın məlumatına görə, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir. Bundan əvvəl “The Times of India” iki ölüm barədə məlumat yaymışdı. Ümumilikdə, xilasedicilər və yanğınsöndürənlər süni ağciyər ventilyasiya cihazlarına qoşulmuş 7 nəfər daxil olmaqla 76 xəstəni təxliyə ediblər. Xəstələrin hamısı başqa xəstəxanaya yerləşdirilib.
Baxış sayı: 1402
Paylaş: