Bu gün Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayır. Günaydın.az-ın məlumatına görə, yarışın ikinci günündə Murad Fətiyev və Zelim Tskayev (hər ikisi 81 kq) qüvvəsini sınayacaq. Fətiyev 1/16 finalda Din Gemer (İsrail), Tskayev isə Kenni Bedellə (İtaliya) üz-üzə gələcək. Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal qazanıb. Böyük Dəbilqəyə martın 28-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.
Baxış sayı: 1330
Paylaş: