"Bura gələndə bilirdik ki, oyun çətin keçəcək. Çünki rəqibimizin ancaq qələbə qazanmaq üçün mübarizə aparacağı bəlli idi".

Günaydın.az-ın məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva səfərdə Slovakiya ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis yığmanın heyətində 4 əsas oyunçunun meydana çıxamadığını bildirib: "Ramiz Çovdarovun da yüngül zədəsi var idi. Ona görə də, taktiki planda dəyişikliklər etdik, müdafiədən oynadıq. Meydandakı nizam-intizam da çox vacib idi".

53 yaşlı baş məşqçi yaxşı nəticə qazandıqlarını söyləyib: "Matça ciddi hazırlaşmışdıq. Uşaqlar ancaq qələbə qazanmaq üçün mübarizə aparırdılar. Demək olar, tapşırıqlarımı yerinə yetirdilər. Qazandığımız 1 xal sayəsində birinci pilləni təmin etdik".

Baxış sayı: 1105
Paylaş: