Türkiyədə səfərdə olan Ukrayna prezidenti Zelenski ilə Ərdoğan arasındakı görüş baş tutub.
 
Görüş zamanı Donbass və Krım məsələləri və 2 ölkə arasındakı hərbi və strateji əməkdaşlıq haqqında müzakirələr aparılıb. 
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Strateji müttəfiqliyimizin üzərində durduq. Görüşlərimizdə bütün əlaqələrimizi ətraflı müzakirə etdik.
Qara dəniz sülh və hüzur dənizi olmalıdır. Bu məsələdə Ukraynaya bütün dəstəyimizi verməyə hazırıq. Mövcud böhran diplomatik yollarla sülh şəraitində həll olunmalıdır. Narahatedici gərginləşmənin ən qısa zamanda başa çatmasını, atəşkəsin davam etməsini arzu edirik”.
 
Ukrayna Prezidenti Vladimir Zelenski: “İkitərəfli dialoqumuzun sözdə deyil, həqiqətdə də keçərli olduğunu görürəm. Bu gün keçici olaraq işğal edilən Donbas və Krımdakı hadisələri Türkiyə ilə bölüşdüm. Türkiyənin suverenliyimizin yenidən təsis edilməsi məsələsindəki dəstəyi vacibdir. Ticarət həcminin artması, sərbəst ticarət sazişinin imzalanması olduqca mühümdür. Müdafiə sənayesi Türkiyə ilə strateji əməkdaşlığımızın təkanverici gücüdür”.
 
Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesinin rəsmi Ankara ilə Kiyev arasındakı qarşılıqlı əlaqənin "vacib elementi" olduğunu vurğulamaqla yanaşı, əməkdaşlığın heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini əlavə edib. 
 
"Türkiyə və Ukrayna vətəndaşları iki ölkə arasında pasport olmadan yalnız şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklər" - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir.
Baxış sayı: 1231
Paylaş: