UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Günaydın.az-ın məlumatına görə, bu ada Fransanın PSJ klubunun hücumçusu Neymar layiq görülüb.
 
29 yaşlı forvard evdə Almaniyanın "Bavariya" komandasına 0:1 hesabı ilə uduzduqları matçda qapıya 3 dəqiq zərbə endirib.
 
Qeyd edək ki, ilk görüşdə 3:2 hesablı qələbə qazanan PSJ yarımfinala yüksəlib. Paris klubu finala yolunda İngiltərənin "Mançester Siti" klubu ilə üz-üzə gələcək.
Baxış sayı: 1429
Paylaş: