Sosial Xidmətlər Agentliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri vəsiqələrlə təmin olunmağa başlayıb. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “facebook” səhifəsində yayımlanan “Sosial saat” verilişində Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov deyib.

Onun sözlərinə görə, bu günə qədər 2342 şəhid ailəsinin 4294 üzvü vəsiqələrlə təmin olunub: "Bu proses davam edir. Əməkdaşlarımız səyyar xidmət göstərir ki, onlar əziyyət çəkməsinlər”.

Baxış sayı: 1303
Paylaş: