ABŞ Prezidenti Cozef Baydenin Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisələri “soyqırım” adlandırması faciə olmasa da, onu görməzdən gəlmək də doğru deyil. Özünü Türkiyəyə qardaş, dost bilən dövlətlər bu ədalətsiz yanaşmaya laqeyd qalmamalı, ABŞ-ın açıq-aydın qərəzinə ən azı öz qəti etirazlarını bildirməlidirlər.
Türkiyənin bu məsələlərə yanaşmada haqlı və tarixi gerçəkliyə dayanan ədalətli mövqeyini siyasi və diplomatik fəaliyyət sahələrində müdafiə etməklə bərabər, arxiv sənədləri və faktlar əsasında həmin hadisəlr zamanı, əslində, türklərin soyqırıma məruz qaldığını təsdiqləyən araşdırmaların nəticələri geniş auditoriyası olan dünyanın aparıcı media orqanlarıında yayınlanmalıdır. Biz "heç nə olmaz", "nə edə bilərlər" və s. bu kimi yalnız ətalət doğuran fikirlərə rəvac verdikcə, düşmənlərimiz ən müxtəlif vasitələrlə üzərimizə gəlirlər. Türkiyə bu gün bütün türk, düzgün qiymətləndirilsə bütün müsəlman dünyasının dayağıdır və ona layiq olduğu dəstəyi göstərmək həm də bir sədaqət borcumuzdur.
 
Lətif Babayev,
Tarix üzrə fəlsəfə doktoru
Baxış sayı: 1321
Paylaş: