Faciələri sevmirəm, faciələrdən qorxuram mən...
 
Onların kökündə duran qəddarlıqdan və zalımlıq duyğusundan ürkürəm. Bugün ADNA-da baş verən terrorun növbəti il dönümüdür. Günahsız gənclərin həyatlarını bir neçə saniyədə heç haqqı olmayan kəs gəldi və aldı. Bizə də "il dönümləri" qaldı. Birinin qəlbini qırıb yaralı yerindən incitmək belə bir insan faciəsi ikən böyük bir kütləni əlinə silah alıb qırmaq nə deməkdir, insanlığın hansı növü, hansı qoludur, görəsən? Dillənənə isə "Sus" deyirlər. Susun görək nə vaxta qədər yaşaya biləcəksiz?
 
30 Aprel qurbanlarını kədərlə anırıq!.
 
 
Nəzrin Eyvazova, 
Bakı Dövlət Universitetinin tələbəsi
Baxış sayı: 619
Paylaş: