Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınır.

Günaydın.az-ın məlumatına görə, bayram namazı "Təzəpir" məscidində başlanıb.

Bayramı namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınır.

Bayram namazı karantin qaydalarına uyğun olaraq məhdud sayda insanın iştirakı ilə qılınır.

Xatırladaq ki, QMİ Qazılar Şurasının fətvasına əsasən, Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə aprelin 14-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə mayın 13-nə təsadüf edir.

Bu gün "Əjdərbəy" məscidində də bayram namazı təşkil edilib.

Bundan başqa, bu gün səhər Şuşa şəhərinin Yuxarı Gövhər Ağa məscidində də bayram namazı qılınıb.

Baxış sayı: 259
Paylaş: