Forumun təşkilatçısı Azərbaycan - Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova günün əhəmiyyətini vurğulayaraq iştirakçıları sağlam həyat tərzi və düzgün qidalanma, qida təhlükəsizliyinin əhəmiyyətini vurğulayaraq Forumu açıq elan etdi.
Daha sonra "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri, sağlam qida təbliğatçısı Asim Vəliyev, Türkiyə Sağlamlıq və Qida Təhlükəsizliyi Hərəkatının başqanı Kemal Özer, həkim-psixoterapevt Əli Nağıyev, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Sakarya Universiteti müəllimi, Prof.Dr. Ahmet Tutar, qida texnoloqu Ağa Salamov, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, PhD. dos. Elsevər Fərzəliyev, həkim-dietoloq Leyla Zülfüqarlı, AQTA-nın əməkdaşı Seymur Qafarov, baytar, qida eksperti Şaiq Teyyubov, Bodibildinq və Fitnes üzrə məşqçi Vurğun Mütəllimov mövzu ilə bağlı çıxış edərək Qida Təhlükəsizliyi Hərəkatının fəaliyyətini yüksək qiymətləndirdilər. Bir-birindən maraqlı qonaqların qatıldığı Forum 3 saata qədər davam etdi.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Hərəkatı 2016-cı il tarixindən Məhsəti Hüseynova və Asim Vəliyevin rəhbərliyi ilə təsis edilmiş və qida təhlükəsizliyi, düzgün qidalanma, sağlam həyat tərzinin təbliği mövzusunda çoxsaylı tədbirləri həyata keçirmişdir.

Baxış sayı: 1537
Paylaş: