İyunun 8-də 2017-ci il təvəllüdlü Abbas İsmayılovun Səbail rayonu, Salyan şossesində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Səbail rayon prokurorluğundan Günaydın.az -a bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir.
***
Səbail rayonunda yerləşən "Jurnalistlərin binası" faciəli hadisə baş verib.
Günaydın.az xəbər verir ki, yaşayış binasının 16-cı mərtəbəsindən azyaşlı oğlan uşağı yıxılaraq həyatını itirib.
Hazırda hadisə yerinə polis və təcili yardım briqadası gəlib.
Hadisə yerindən verilən məlumatda azyaşlının kimin övlad olması hələki açıqlanmayıb. Amma uşağın 3 yaşı olduğu deyilir...
İlkin məlumatlara görə, uşaq jurnalist övladı deyil, onun anası ilə binaya qonaq gəldiyi bildirilir.
Allah rəhmət eləsin!