17.06.2021-ci il tarixdə Gənclərin Töhfəsi İctimai Birliyinin Aran regional ofisi, gənc ailələr və gənclər üçün "Gənclərin İnkişafa Yeni Baxış Modeli" adlı onlayn təlim proqramı həyata keçirmişdir.

Mövzunun təlimçisi, Şirvan şəhər Gənclər Təşkilatının sədri, Şirvan şəhər YAP Gənclərənclər Birliyinin idarə heyyətinin üzvü, beynəlxalq layihələrin iştirakçısı, yerli və beynəlxaq təşkilatların, ( Avropa İttifaqı, Unicef, BP, Gənclər Fondu. və.s) icra etdiyi layihələrin əməkdaşı və hal-hazırda, “Gənclərin Töhfəsi” İctimai Birliyinin icra etdiyi “Valideynlər/himayədarlar üçün informal, icma əsaslı Pozitiv Valideynlik Platformasının ( PVP), eləcə də Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) üzrə sosial səfərbərlik və maarifləndirmə tədbirlərinin təşkili” layihəsində Birliyin Aran Regional Ofisinin rəhbəri, “EUDİ” üzrə layihə koordinatoru Amin Quliyev tərəfindən həyata keçirilmişdir.

Təlim gedişatında, gənclərin sağlam inkişaf etməsinə mane olan xronafaqlar və vaxtyeyənlərin həyatımızdan kənar tutmaq, gənc ailələrin ailədə olan "0-8" yaşlı uşaqların sağlam inkişaf etməsi, psixoloji sarsıntılarsız böyüməsi, valideynlərin uşaqlar ilə düzgün rəftarı, ailə daxilində olan münaqişə və mübahisələrin uşaqın  psixologiyasina travma olacağının mühüm amillərdən olduğunu qeyd etmişdir. Yeniyetmə və azyaşlıların sağlam həyata inteqrasiya olunmasına  düzgün dəstək olaraq təhsil və səhhətində olan ən xırda məqamlara belə diqqət etməyin vacib amillərdən olduğunu təlimçi qeyd etmişdir.

▪Təlimdə  Şirvan şəhər, Abşeron rayonu,  Tovuz rayonu, İsmayilli rayonu, Gəncə şəhərlərindən olan gənclərin və gənc ailələrin iştirakı ilə həyata keçmişdir.

Təlim yekununda iştirakçılarına  Gənclərin Töhfəsi İctimai Birliyinin rəsmi sertifikatları təqdim olunmuşdur.

Baxış sayı: 1348
Paylaş: