Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Türkiyə Məzunları İctimai Birliyinin (TUMİB) yeni seçilən rəhbərliyini qəbul edib.
 
Günaydın.az səfirliyə istinadən xəbər verir ki, görüşdə TUMİB-in yeni seçilmiş sədri Tural Əfəndiyev və qurumun İdarə Heyətinin üzvləri iştirak edib.
 
Səfir Cahit Bağçı İctimai Birliyin layihələri və qarşıdakı fəaliyyət planları haqqında məlumat alıb və təşkilat üzvlərinə uğurlar arzulayıb. Diplomat eyni zamanda İctimai Birliyə əlindən gələn dəstəyi verəcəyini də diqqətə çatdırıb.
 
Baxış sayı: 484
Paylaş: