Sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, Dünya Tv-də "Məhəbbət nəgmələri" verilişinin aparıcısı, aktrisa Zülfiyə İsmayılovanın (Zülfiyyə Eldarqızı) doğum günüdür. 
 
Təbrik edir, can sağlığı, yeni-yeni yaradıcılıq sevincləri arzulayırıq!
Əslən Laçın rayonundan olan Zülfiyə Eldar qızı  İsmayılova (Zülfiyə Eldarqızı) 1972-ci il iyunun 20-də Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər 20 saylı orta məktəbi bitirmişdir. 1989-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 
 
Ailəlidir iki övladı var.
 
 
Hazırda Azərbaycan kino tarixini araşdırmaqla məşğuldur. 
1998-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimə işləyir. ADMİU-da aktyorluq fakültəsində aktyorlara və rejissorlara səhnə danışığını öyrətməklə məşğuldur.
 
2001-ci ildə ADMİU-nun Kinoşünaslıq kafedrasında çap olunan "Azərbaycan kino tarixi oçerkləri" dərs vəsaitinin həm müəlliflərindən biridir. 2008-ci ildə "Anarın bədii əsərlərinin ekran təcəssümü" adlı dissertasiaya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru adını alıb.
 
Azərbaycan mətbuatında 100- dən çox elmi-publisistik-tənqidi yazıları çap olunub. 
 
 
Zülfiyə Eldarqızı respublikada və xarici ölkələrdə keçirilən tədbirlərdə bədii qiraətçi və kinoşünas kimi iştirak edir. 2010–cu ildə Türkiyədə keçirilən "Türk Dünyası Bəyaz Pərdədə Buluşur" adlı Beynəlxalq Festivalda Azərbaycanı teleaparıcı, ssenarist Orxan Fikrətoğlu ilə birlikdə təmsil etmişdir.
 
Zülfiyə Eldar qızının 3 albomu işıq üzü görüb. 2006–cı ildə Respublikanın Əməkdar artisti Ağalar Bayramovla birlikdə "Bu sevdanın ömrü-günü bitməsin" adlı audio albom, 2008–ci ildə "Ah çəkdim dedilər ahın dağlara" torpaqlarımızın işğalına həsr olunmuş albom və 2010–cu ildə Qarabağ müharibəsi iştiraksı və əlili - Qırmızı Əmək Bayrağı ordenli Şahid Həbubullayevə həsr olunmuş şeirlər albomu  dinləyicilərin ixtiyarına verilmişdir. 
 
Zülfiyə Eldarqızı 2010-cu ildə Gülşad Baxşıyevanın quruluşunda İlyas Əfəndiyevin "Büllur sarayda" tamaşasında Sədaqət rolu ilə tamaşaçıların sevgisini qazanmışdır.  
2011-ci ildə Rəsul Rza haqqında çəkilmiş "Yaşıl atlas ömründən səhifələr" adlı filimdə çəkilmişdir.
2011-ci ildə "Ağlar güləyən Sabirimiz" adlı tamaşada da rol almışdır.
 
Zülfiyə xanımı bir daha təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 475
Paylaş: