Həmişə gününüz musiqili, nəğməli keçsin, dostlar! Həmişə əhvalınız xoş, üzünüz gülər olsun!
 
Bu gün həm professional, həm də həvəskar musiqiçilər şəhərlərin küçələrində "Musiqi yaradın" devizi altında çıxış edirlər.
 
Bu ideya 1976-cı ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülüb. O, yay gecə-gündüz bərabərliyini qeyd etmək üçün iyunun 21-dən 22-nə keçən gecə musiqi festivalı keçirməyi təklif edib. Fransalı bəstəkar Moris Flöre 1981-ci ildə mədəniyyət və kommunikasiyalar naziri Jak Lanqa bu barədə məlumat verib. 1982-ci ildə Parisdə Musiqi bayramı keçirilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb. Hazırda Dünya Musiqi Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur.
 
Bu gün həm professional, həm də həvəskar musiqiçilər şəhərlərin küçələrində "Musiqi yaradın" devizi altında çıxış edirlər. Bir çox şəhərlərdə açıq havada pulsuz konsert proqramı təşkil edilir.
 
N.Telmanqızı
Baxış sayı: 304
Paylaş: