Bənzərsiz ifası ilə qəlbləri riqqətə gətirən dünyaca məşhur azərbaycanlı müğənni və bəstəkar SAMİ YUSUFun doğum günüdür.
Ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
 
SAMİ YUSUF 1980-ci ildə Tehranda azərbaycanlı ailəsində doğulub. Hazırda Böyük Britaniyada yaşayır. Birləşmiş Millətlər Təşkilatının mədəniyyət elçisidir.
 
Müğənni Bakıda ilk dəfə 2006-cı ildə çıxış edib. O, Azərbaycan muğamını və xalq mahnılarını çox sevir. Repertuarına "Sarı gəlin", “Ayrılıq”, “Küçələrə su səpmişəm”, “Sənə də qalmaz” və s. Azərbaycan mahnıları daxildir.
Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusufun dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ərəfəsində (2019)  yenidən Azərbaycanda olması və "Sığmazam" qəzəli əsasında möhtəşəm musiqi kompozisiyası tamaşaçılsrın yaddaşında böyük izlər açmışdır.
 
Kompozisiyanı xalq çalğı alətləri ansamblının müşayiəti ilə xor kollektivi ifa etmişdir. Kompozisiyada "Şur" muğamından da istifadə olunub. Solistlər Sami Yusuf, Azərbaycanın Əməkdar artisti Təyyar Bayramov və Əməkdar mədəniyyət işçisi Samirə Əliyevadır.
 
Sami Yusufun "Azərbaycana olan sevgisini tərənnüm edən xalq çalğı alətləri ansamblının müşayiəti ilə xor kollektivi və respublikanın Əməkdar artisti Sevda Ələkbərzadə ilə birgə ifa etdiyi "Azərbaycan" musiqi kompozisiyası da çox gözəldir!
 
 
QISA ARAYIŞ:
 
Sami Yusuf müğənni-söz yazarı, bəstəkar, prodüserdir. 
 
O, çox kiçik yaşlarından musiqiyə möhkəm tellərlə bağlanmışdı. Qısa müddətdə piano, skripka, tar, tombak, santur, dəf, tabaq və ud daxil olmaqla  bir çox musiqi alətində çalmağı öyrəndi. 
Musiqi sahəsində bir iz buraxmaq üçün hey çalışırdı. Bir gün bəstələdiyi bir mahnı ilə Misir və Türkiyə kimi ölkələrin şəhərlərində məşhurlaşdı. Bu nəğmə ona Orta Şərq, Şimali Afrika və Cənub-Şərqi Asiya millətlərindən böyük bir təqibçi kütləsi qazandırdı... Və bu uğur onun yeni nəğmələri üçün başlanğıc oldu...
Sami Yusufu gənclər daha çox sevirlər. 
 
 
Ğözəl davranışı, xoşa gələn ədəbiylə təsirləndikləri üçün ona qibtə edirlər. Pərəstişkarları Saminin musiqisinin onların həyatlarını yaxşıya doğru dəyişdiyini söyləməkdən də çəkinmirlər. 
O təkrarsız nəğmələri ilə  CNN, BBC, ABC, Əl-Cəzirə, Orta Şərq və Türkiyənin bir çox əhəmiyyətli TV kanalında iştirak etmişdir. 
"Time" jurnalı tərəfindən "İslamın Ən Böyük Rock Ulduzu" və "Dünyanın Ən Məşhur İngilis Müsəlmanı", Guardian tərəfindən isə tamamilə medianın "məşhur hərəkətlilik" deyə adlandırdığı bu insan hər zaman diqqət çəkmişdir.
 
 
O mahnılarını inglis, fars, turk, ərəb va hind dillərində oxuyur.
 
2009-cu ildə Xocalı Soyqırımının 18-ci il dönümündə xüsusi bəyanat verərək günahkarların cəzalandırılmasını tələb edərək deyib: "Biz heç bir zaman asılı olmayacağıq. Azərbaycanda və dünyanın başqa yerlərində baş vermiş bu və digər saysız vəhşiliklər barədə hər yerdə səslənməliyik. Biz səssizlərin və əzab çəkmişlərin səsiyik. Əgər biz sussaq, onların səsi susdurulacaq. O zaman bu əsarət özü qədər dəhşətli olmazmı? Hər kəsə sülh və xeyir – dua diləyirəm!"
 
Həmçinin Sami Yusuf Birləşmiş Millətlər Təşkilatının Barış elçisidir
O, 01 avqust 2019-cu ildə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirakına görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 
Baxış sayı: 979
Paylaş: