Xalq artisti Rəşid Behbudov: "Flora Kərimovanın hər ifası bir aktyordan ibarət teatrdır"
 
Azərbaycanın məşhur estrada və opera müğənnisi, aktrisa, Azərbaycan Respublikasının Xalq artisti, BMT yanında Ümumdünya Sülh Federasiyasının Sülh səfiri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMMİB) vitse prezidenti, DAMMİB Qadınlar Şurasının sədri, İctimai Nəzarət Koalisiyasının fəxri üzvu,Türk Dünyası Yazarlar ve Sanatçılar Vakfı-nın fəxri üzvü Flora Kərimovanın doğum günüdür. 
 
Bu gün Xalq artisti, sevilən sənətkarımız Flora Kərimova 80 yaşını qeyd edir. 
Hörmətli Flora xanımı ürəkdən təbrik edir, uzun sağlıqlı ömür, könül xoşluğu arzulayırıq!
 
Bənövşə ətirli səs
 
Təkraredilməz səs tembrinə və ifa tərzinə malik Azərbaycanın Xalq artisti 60 ildən çoxdur ki, peşəkar səhnədədir. Keçdiyi sənət yolunda möhürünü vurduğu yüzlərlə mahnı ilə milyonların ürəyini fəth edən böyük sənətkarın səsinin hələ əsrlərlə ürəkləri oxşayacağına şübhə yoxdur. Onun mahnılarını dinləyən hər kəs bu mahnılarında özünü gördü, öz taleyini yaşadı...
Həddən artıq ədalət hissi, vətənpərvərliyi və heç kimə yarınmaq istəyinin olmaması Xalq artistinin öz sənət ömrünün, demək olar ki, yarıdan çoxu qadağada olması ilə nəticələnib. Amma, hətta buna baxmayaraq, Qızıl Fondda ən çox sayda əsərlər də Flora Kərimovaya məxsusdur. 
Qısa arayış:
 
Flora Ələkbər qızı Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olmuşdur. Əslən anası Zümrüd xanım şuşalı, atası Ələkbər bəy isə qəbələlidir.
 
Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış etmişdir. 1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansambllında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1964-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirmişdir. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üztə tam kursu bitirmiş, həkim ixtisasına yiyələnmişdir. 1977-ci ildə Bakı Musiqi Akademiyası vokal sinfini bitirmişdir.
 
Yaradıcılığında klassik opera (nümunə üçün "Qaynana" filmində Sevil (opera)-sindan Dilbərin Ariyası), milli opera (1965-ci ildə Leyli və Məcnun" (opera) operasında Leyli), xalq mahnıları, romanslar, bəstəkar mahnıları və estrada janrlarına yüzlərlə nümunələrin yer aldığı sənətkar, Azərbaycan estrada janrının üç banisindən biridir (Rəşid Behbudov, Mirzə Babayev və Flora Kərimova).
 
Flora Kərimovanın ilk bəstəkarı Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundova olmuşdur. 
 
O, Azərbaycan Dövlət Opera və Balet Teatrında ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov) çıxış etmiş (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilmişdir.
 
Əsrarəngiz səs tembrinə sahibi olan Flora Kərimova bəşər tarixində dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokaliz etməklə yanaşı (Nümunə üçün Qız, oğlan və şir (film, 1974)-də vokaliz), hətta bu yüksək notlarda oxuya da bilir. Onun səsi 4 oktavanı bütövlükdə əhatə etməsi (Kontraalt, Mezzo-soprano, Soprano, Koloratur soprano) və bundan əlavə çox böyük səs çalarına malik olan sənətkarın muğam ifa etməsi onun ifacı kimi unikallığıdır.
 
1960-cı illərin sonunda Süleyman Rəhimovun Saçlı (roman) radio-tamaşaya qoyulur və tamaşanın mahnılarını Fikrət Əmirov Flora Kərimovaya həvalə edir.
 
 
 
Şəfiqə Axundovanın Cəfər Cabbarlının "Aydın" əsərinə (1965-ci il premyerası) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı üçün yazdığı mahnın ifaçısı da Flora Kərimova olmuşdur.
1972-ci ildə Şəfiqə Axundova yazıçı Süleyman Rəhimovun eyni adlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə muğam-opera janrında Gəlin qayası operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşdü. Adı gedən operanın ilk radio-tamaşası qoyulduqda ilk ifaçısı Rübabə Muradova "Sənəm", Flora Kərimova "Gülbahar" ın rollarında iştirak edir. operadan "Gülbahar"ın — "Könül təranələri" adlı mahnı çox məşhur olur.
 
Opera səhnəsində qoyulduğu (premyerası 1974-cü il) zaman isə Flora Kərimovaya icazə verilmir.
Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin təsis etdiyi "Xoruz Baba" radio-verilişi də Flora xanımın səsi ilə başlayırdı. Sovet uşaqlarının sevimlisi,  məşhur aktyor Hüseynağa Sadıqovun (aktyor) aparıcılıq etdiyi bu veriliş 10 illər ərzində Azərbaycan radiosunda davamlı olaraq yayımlandı.
 
Bəstəkar Elza İbrahimova, xüsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələmişdir.
Bəstəkar Mobil Babayev, Nüsrət Kəsəmənlinin sözlərinə 1990-cı ildə 20 Yanvar şəhidlərinə həsr etdiyi, "Ağlama torpağım, ağlama" adlı solistlər, xor və orkestr üçün 3 hissəli kantata yazmışdır. İfaçılar: Əliabbas Qədirov (qiraət), Flora Kərimova, Alim Qasımov, Rizvan Sədirxanov, Xor Cəmiyyətinin xoru, Azərbaycan Televiziyası estrada simfonik orkestri idi.
 
Flora Kərimovanın repertuarında Azərbaycan bəstəkarlarının əksəriyyətinin ( Tofiq Quliyev, Şəfiqə Axundova, Taleh Hacıyev, Fikrət Əmirov, Cahangir Cahangirov, Arif Məlikov, Tofiq Əhmədov (musiqiçi), Süleyman Ələsgərov (bəstəkar), Rauf Hacıyev, Oqtay Kazımov, Emin Sabitoğlu, Oqtay Rəcəbov, Elza İbrahimova, İbrahim Topçubaşov, Vasif Adıgözəlov, Mobil Babayev, Hacı Xanməmmədov, Ramiz Mirişli, Aydın Əzim Kərimoğlu, Xəyyam Mirzəzadə, Qəmbər Hüseynli, Tofiq Bakıxanov, Ramiz Mustafayev, Telman Hacıyev (bəstəkar), Ələkbər Tağıyev, İbrahim Mirzəzadə, Nəriman Əzimov, Nadir Əzimov, Nəriman Məmmədov (bəstəkar), Ağabacı Rzayeva, İsrail Kərimov, Eldar Mansurov, Elçin İmanov, Faiq Sücəddinov, Əli Səlimi, Siyavuş Kərimi, Tahir Əkbər, Ruhəngiz Qasımova, Cavanşir Quliyev, Sevda İbrahimova, Hökümə Nəcəfova, Sevda İbrahimova, Sevinc Qasımova, Ətiqə Ələkbərova, Adil Bəbirov, Nazim Qəmərlinski, Şəmsi Kərimov, Tamilla Məmmədzadə, Aygün Səmədzadə, Xanım İsmayılqızı, Göhər Həsəsnzadə və b.) mahnıları mühüm yer tutur
 
Şairlərdən Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Cabir Novruz, Fikrət Qoca, Nəriman Həsənzadə, Nəbi Xəzri, Məmməd İsmayıl, Nigar Rəfibəyli, Zeynal Cabbarzadə, Əli Kərim, Mədinə Gülgün, Hüseyn Arif, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Baba Vəziroğlu, Vahid Əziz, Dəmir Gədəbəyli, Paşa Qəlbinur, Zivər Ağayeva, Rəfiq Zəka Xəndan, Firuz Dilənçi, Ramiz Heydər, Süleyman Rüstəm, Mədinə Gülgün, Əliağa Kürçaylı, Əli Tudə, Mirvarid Dilbazi, İlyas Tapdıq və digərlərinin şeirlərinə mahnılar oxumuşdur. F. Kərimovanın yaradıcılığında İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Aşıq Alı kimi klassiklərin əsərlərinə də yer ayrılıb.
 
Xalq şairləri Musa Yaqub ("Bənövşə ətirli səs", "Sənin zanbaq səsin" adlı şeirləri), Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nüsrət Kəsəmənli Flora Kərimova sənətinə şeirlər, məqalələr həsr etmişlər.
1993-cü ildə Flora Xəlilzadənin F.Kərimova haqda yazdığı "Bənövşə ətirli səs" adlı kitabı cap olunmuşdur.
 
1993-cü ildə Əjdər Ol-un Flora Kərimovaya həsr etdiyi "Səsindən tanınan" (publisistika) əsəri çapdan çıxmışdır.
2008-ci ilde Yazıçı-publisist Mehriban Vəzirin müəllifi olduğu Azərbacan tarixində "Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar" kitabına düşmüş 500 qadından biri Flora Kərimov olmaqla kitab çap olununmuşdur. 
 
Azərbaycan sənətkarlarından ilk dəfə olaraq Flora Kərimova 1993–1994-cü illərdə Türkiyədə geniş konsert proqramları ilə çıxış edərək, Türkiyənin ən prestijli musiqi proqramlarının qonağı olmuşdur. Hətta, Türkiyənin ən əsas musiqi təqdimat verilişində (İlin Mahnısı) qonaq olmuşdur. O verilişdə adətən Türkiyənin ən öndə olan sənətkarları çıxış edirdi və xaricilər verilişin qonağı olmurdu.
 
Flora xanımı, bu gün səsi yeridə olan, ilk gündən qazandığı sevgini, hörməti itirməyən dəyərli Xalq artistimizi - Flora Kərimovanı bir daha təbrik edir, ona can sağlığı, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1096
Paylaş: