Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qurumun yeni mətbuat katibi Eldəniz Vəliyevi ictimaiyyətə təqdim edib.

Günaydın.az xəbər verir ki, baş direktor bildirib ki, uzun illər televiziyada fəaliyyət göstərmiş E.Vəliyevi imzaladığı əmrə əsasən, İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edib:

"İnanıram ki, bu təyinat “Azəriqaz”ın ictimaiyyətlə əlaqələrinə bir qədər də təsir etmiş olacaq. İctimaiyyətə daim açıq olan İstehsalat Birliyi bundan sonra da bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək və qurumla vətəndaş arasında birbaşa təmasın maksimum reallaşmasına çalışacaq. İnanıram ki, bu günkü təyinat bizi hədəfimizə bir qədər də yaxınlaşdıracaq".

 

Baxış sayı: 439
Paylaş: