Azərbaycan kino və televiziya rejissoru, ssenarist, kinooperator,  Azərbaycanın Əməkdar İncəsənət xadimi Ələkbər Muradovun doğum və xatirə günüdür.
 
 
Ələkbər Muradov təkcə kinorejissor deyil, həm də kinooperator, rəssam, müəllim, yazıçı olub.  Mərhum rejissor kinematoqrafiyamızda silinməz iz buraxıb.
 
 
Ələkbər Yunus oğlu Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olmuşdur. Əvvəlcə Azərbaycan Neft-Kimya İnstitutunda (1966-1971), sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində (1973-1978) təhsil almışdır. 
 
"Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışmışdır. Bir müddər Lider TV-də və İctimai TV-də işləmişdir.
 
 
Ələkbər Muradov təqribən 70 sənədli və bədii filmin müəllifidir. O, "Qərib cinlər diyarında", "Mən mahnı qoşuram", "O dünyadan salam", "Qorxma, mən səninləyəm", "Mənim ağ şəhərim" və digər filmlərdə kinooperator kimi çalışmışdır.  
 
 
Azərbaycanın tanınmış rejissoru və operatoru, Əməkdar İncəsənət xadimi Ələkbər Muradov 1 avqust 2013-cü ildə,  65 illik yubiley günündə vəfat etmişdir.
 
Ələkbər Muradov kinomexanik Yunus Muradovun oğludur. Rejissor Murad Muradovun atasıdır.
 
Ələkbər Muradov 2005-ci ildə Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülmüş, 2010-cu ildə Cəfər Cabbarlı mükafatı almışdır.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 763
Paylaş: