Bu gün Ana Dil və Əlifbamızın Günüdür.
 
 
Bu mövzuda qadınların - Anaların boynuna yük qoyacam. Biz elə etməliyik ki, yetişən nəsil də bizdən öyrənə bilsin. 
Gözəl danışın, gözəl yazın!
 
Düzdür, hamımız dilçi ola bilmərik, tam səhvsiz də yaza bilmərik. Amma mən danışdığı kimi, ləhcə ilə yazan, durğu işarələrini keçdim, cümlə sonunda nöqtə belə qoymayan, hərfləri yeyib-bitirən yazıları görəndə, xüsusən də, o yazıda "ali təhsilliyəm"i oxuyanda, bəzi sözləri türk və başqa dildə deyənləri görəndə, elə bilirəm cərəyan vurur məni. 
 
Yazı - fikrimizi ən sağlam formada çatdıra bilmə üsuludur. Onu bacara bilməyənin danışmaq, fikrini bölüşməkdə sıxıntısı olduğuna görə həyatında çətinlik çəkir. 
Bəziləri danışmağa söhbət belə tapmır. 
 
Çox oxuyun, çox dinləyin, maraqlarınızı artırın. Evdə oturub atom parçalamasanız da, kitab oxuyub dünyaya bağlanmış divarlarınızı parçalayın. 
Uşaqalarınızı oxudun. Xəyal dünyalarını genişləndirin. Düşünün və düşündürün. 
 
Nə dilimizi unudun, nə də özünüzü. 
Günümüz mübarək olsun!
 
Nəzrin Eyvazova,
BDU-nun tələbəsi
Baxış sayı: 754
Paylaş: