“Azərbaycan təhsili ənənəvi formaya qayıdır”.

Yenisabah.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, 2020-ci ilin mart ayından Azərbaycan təhsili də COVİD pandemiyası ilə üz-üzə qalıb:

“Növbəti tədris ilə bağlı əsas qərar ondan ibarətdir ki, uzunmüddətli fasilədən sonra Azərbaycan təhsili ənənəvi formaya qayıdır”.

Emin Əmrullayevin sözlərinə görə, sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərin tədrisinə başlanacaq.

 "Məktəblərdə 5 günlük dərs qrafiki olacaq", - deyən nazir əlavə edib ki, bəzi təhsil müəssisələrində 6 günlük qrafik mövcud olacaq.

Emin Əmrullayev vurğulayıb ki, təhsil sahəsində çalışanların 82 faizə qədəri koronavirus əleyhinə vaksinasiya edilib: "İndiyədək 169 862 təhsil işçisi vaksinasiyadan keçib".

Nazir bildirib ki, gün ərzində 10 faizə qədər yoluxma məktəblərdə olan müəllim və şagirdlər arasında olur: “Növbəti həftələrdə proqnozlaşdırırıq ki, daha az yoluxma sayı görəcəyik.Vaksinasiyanın sürətlənməsi ümumi vəziyyətin daha da yaxşılaşmasına gətirib çıxaracaq".

Baxış sayı: 439
Paylaş: