Tanınmış jurnalist rektor təyin olundu.
 
Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Azərbaycan Televiziya və Radio Verilişləri  QSC-nin Televiziya və Radio Akademiyasının rektoru təyin olunub. Yeni təyinatla bağlı AzTV QSC-nin sədri Rövşən Məmmədov əmr imzalayıb. 
 
Akademiyanın keçmiş rektoru Faiq Hüsiyev isə AzTV-nin İstimai-siyasi Proqramlar Studiyasının Analitik qrupunun rəhbəri təyin olunub.
 
Qeyd edək ki, Telli Pənahqızı 1980-ci ildən AzTV-də çalışır. Bu təyinata kimi o, QSC-nin baş proqram direktorunun müavini vəzifəsində işləyirdi. 2019-cu ildən Milli Televiziya və Radio Şurasının üzvüdür.
 
Telli xanımı ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində böyük uğurlar arzulayırıq!
 
N.Telmanqızı
Baxış sayı: 367
Paylaş: