Məlumat üçün bildiririk ki, 16 oktyabr Ümumdünya Qida günü münasibətilə Qida Təhlükəsizliyi Hərəkatı və Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin birgə təşəbbüsü ilə qida təhlükəsizliyinin təmin olunması sahəsində vətəndaş nəzarətini gücləndirmək məqsədilə “WhatsApp qaynar xətti” istifadəyə verildi. Artıq hər kəs istifadə etdiyi ağıllı telefonlar vasitəsilə qida nəzarətini həyata keçirə biləcək. Bu sahədə baş verən şikayətlər yazılı və görüntülü şəkildə “WhatsApp qaynar xətti”nə göndəriləcəkdir. Şikayət aidiyyəti üzrə yönləndirilərək araşdırılacaq və həlli istiqamətdə operativ işlər görüləcəkdir.

Qaynar x’ttin təqdimatında Qida Təhlükəsizliyi Hərəkatının və Azərbaycan Qida Təhlükəsizliyi İctimai Birliyinin həmsədrləri Məhsəti Hüseynova, Asim Vəliyev, Qida Məhsulları Texnologiyaları Departamentinin rəhbəri Ağa Salamov, ATQTİB-in könüllülər departamentinin rəhbəri Ağalar Salmanov, Gənclərin Töhfəsi İctimai Birliyinin idarə heyətinin üzvü, hüquq departamentinin direktoru Rəşad Nəbiyev, Azad İstehlakçılar Birliyinin sədri, AQTA yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov, Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyev, sağlam qidalanma mütəxəssisi Tural Babayev, günaydin.az saytının rəhbəri Çingiz Bayramov, araşdırmaçı-yazar, diaspor üzrə ekspert Elnur Eltürk, TÜV Avstriyanın əməkdaşı Rahimə Cavanşirli, Kapital Bankın əməkdaşı Gülşən Vəlizadə, ATQTİB-in könüllüsü Amaliya Quliyeva iştirak etdilər. Tədbir "whatsapp" qida xəttinin daha geniş kütləyə çatdırılması və qida təhlükəsizliyi sahəsində ictimai nəzarəti gücləndirmək istiqamətində müzakirələrlə davam etdirildi.

 
Baxış sayı: 700
Paylaş: