Təəssüf, daha bir həmkarımızı itirdik. Azərbaycanın tanınmış jurnalisti və televiziya aparıcısı, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu  koronavirusdan dünyasını dəyişdi. 
 
Allah rəhmət eləsin. 
 
Elnur Əşrəfoğlu 19 iyun 1974-cü il tarixində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsini bitirib. 
 
1992-ci ildə "525-ci qəzet"-də jurnalist kimi əmək fəaliyyətinə başlamışdır. şıb. Qısa müddət "7 gün" və "Azərbaycan" qəzetləri ilə əməkdaşlıq etdikdən sonra 1993-cü ilin sonlarında Azərbaycan Televiziyasında 16 il işləyib. 1994-cü ildə AZTV-də müəllifi olduğu "Sport digest" əyləncəli idman televiziya verilişindən sonra ölkədə məşhurluq qazanıb. O, müxtəlif vaxtlarda AzTV-nin "Xəbərlər" baş redaksiyasında böyük redaktor, İdman Proqramları Baş Redaksiyasında baş redaktor vəzifələrində çalışmışdır. 
 
 
1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb. 
2011-ci ilin oktyabr ayında "Space TV" telekanalının idman departamentinə rəhbər təyin olunmuşdur. 
 
 
Elnur Əşrəfoğlu 2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, daha sonra "Neftçi" futbol klubunun sözçüsü və prezidentinin müşaviri vəzifələrini icra edib. 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibin müavini təyin olunmuşdur.
 
Elnur Əşrəfoğlu "Liverpul" futbol klubunun azarkeşi idi. Dünyanın 102 ölkəsinə səfər edib
 
O, sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra Bakıda "Yeni Klinika"ya köçürülmüşdü.  Həkimlərin səyinə baxmayaraq, 2021-ci il oktyabrın 19-da koronavirusdan vəfat etdi.
 
N.Telmanqızı
Baxış sayı: 835
Paylaş: