Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tviterdəki səhifəsində Azərbaycanla bağlı paylaşım edib.

Günaydın.az xəbər verir ki, o, Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında səsləndirdiyi fikri sosial şəbəkədəki hesabında paylaşıb.

"Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin tərəqqisi üçün fəaliyyətini davam etdirir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik", - deyə Türkiyə rəhbəri tviterdə yazıb.

***

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 26-da başa çatıb.

Günaydın.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yola salıb.

Baxış sayı: 511
Paylaş: