Bakı. Gunaydin.az
 
Yeni Azərbaycan Partiyası ölkəmizin ən çətin vaxtlarında, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edildiyi günlərdə yaradılmışdır. Təsis edilməsinin 29-cu ildönümünü isə partiyamız ölkəmizin tarixinin ən şanlı anlarından birində - torpaqlarımızın işğaldan azad edilməsinin 1-ci il dönümündə, zəfər duyğusu ilə qeyd edir. Partiyamızın yaradıcısı Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində böhran içində boğulan, parçalanmaqda olan Azərbaycanı qurtuluşa qovuşdurub qüdrətli, müstəqil Azərbaycan dövlətini qurduğu kimi, onun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi torpaqlarımızın 30 illik işğalından xilas etmişdir. 
 
Müasir Azərbaycanın ən möhtəşəm anları, ən nəhəng uğurları və tarixi qələbələri şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin adları ilə bağlıdır.
 
Qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası ecazkar siyasi taleyi olan təşkilat sayıla bilər və sayılmalıdır. Yaradılmasından qısa bir müddət sonra hakim partiyaya çevrilməsindən tutmuş, Azərbaycanın həyatında baş verən ən nəhəng uğur və nailiyyətlərə qədər mütərəqqi və qürurverici nə varsa, partiyamıza rəhbərlik etmiş iki dahi şəxsiyyətin – Heydər Əliyevin və İlham Əliyevin sayəsində mümkün olmuşdur.
 
Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi və özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. 2003-cü ildən bu inkişaf möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə ləyaqətlə davam etdirilərək Yeni Azərbaycan Partiyası regionun ən böyük siyasi partiyasına çevrilmişdir. 
 
Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız gələcəyə doğru böyük uğurlara, işıqlı sabahlara güclü və möhkəm addımlarla irəliləyir.
 
Gəray Zeynallı
Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının Məsləhətçisi
Baxış sayı: 1114
Paylaş: