Gunaydin.az trend.az-a istinadən xəbər verir ki, Litvada koronavirus infeksiyasının sürətlə yayılması ilə əlaqədar ölkənin şimalındakı Akmene şəhərində orta məktəblər distant təhsilə keçir. 

Şəhərin meri Vitaliyus Mitrofanovasın sözlərinə görə, yanvarın 24-dən etibarən şəhərdəki bütün məktəblərdə 5-12-ci sinif şagirdləri distant təhsilə keçəcək.

Qeyd olunur ki, son günlər ərzində şəhərdə 30-dan çox məktəbli koronavirusa yoluxub.

Bundan başqa, Akmene şəhərində idman və mədəniyyət tədbirlərinin, qapalı məkanlarda tədbirlərin keçirilməsi qadağan edilir.

Baxış sayı: 1258
Paylaş: