Nəsimi rayonu, Asif Məhərrəmov 36 F ünvanında “Fəxri” MTK tərəfindən aparılan tikinti işləri zamanı ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
 
Xidmət rəsmisi Vaqif Cavadov Gunaydin.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparan “Fəxri” MTK-nın işçiləri tərəfindən üç şam ağacının budaqlarının kəsildiyi, bir sərv ağacının isə qanunsuz köçürüldüyü müəyyən edilib. 
 
“Faktla bağlı “Fəxri” MTK-nın hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib”.
Baxış sayı: 1483
Paylaş: