Gunaydin.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınan məlumata görə Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
 
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda bioloji inkişafdan qalmış ağacın güclü külək nəticəsində aşdığı və 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən götürüldüyü müəyyən edilib.
 
“Xidmətin əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən aşmış ağacın yerinə şərq çinarı ağacı əkilib”.
Baxış sayı: 1132
Paylaş: