Azərbaycan tanınmış tarzəni, Azərbaycan SSR Əməkdar artisti Baba Salahovun doğum günüdür. 
 
Hörmətlə xatırlayaq dəyərli sənətkarımızı.
 
Baba Salahov 5 fevral 1923-cü ildə Bakıda anadan olmuşdur. Tarda ifa etməyi məşhur  tarzən, gözəl pedaqoq, Azərbaycan SSR Xalq artisti Əməkdar müəllim Əhməd Bakıxanovdan öyrənmişdir. 1940-cı ildən ölümünə qədər Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri olmuşdur. 1965-ci ildə Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrini yaratmış və ömrünün sonunadək ona bədii rəhbərlik etmişdir. Burada o, Hacıbaba Hüseynov, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov və başqa məşhur xanəndələri tarda müşayiət etmişdir.
 
Baba Salahov 12 avqust 1981-ci ildə Bakıda vəfat etmişdir.
 
29 iyun 1964-cü ildə Baba Salahov "Azərbaycan SSR Əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
 
Baba Salahovun bədii rəhbəri olduğu ansambl 1981-ci ildən "Araz" olaraq adlandırılmışdır. Ansambl 1992-ci ildən Baba Salahovun adını daşıyır. Onun səsyazmaları Azərbaycan Televiziyasıın fondunda saxlanılır.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 2572
Paylaş: